Kompani qayıtdı və 9 dəqiqə oynaya bildi

00:57 27 Dekabr 2015

"Mançester Siti"nin kapitani Vensan Kompani yenə zədələnib.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XVIII turunda "Sanderlend"ə qarşı keçirilən matçda meydana daxil olan Kompani 9 dəqiqə sonra zədələnərək əvəzlənib. Hazırda futbolçunun zədəsi barədə məlumat verilmir.
Qeyd edək ki, "Mançester Siti" "Sanderlend" matçı "şəhərlilər"in 4:1 hesablı qalibiyyəti ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti