İkinci günün qalibləri müəyyənləşdi

16:00 27 Dekabr 2015

Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Sportarena.az xəbər verir ki, ikinci yarış günündə 86, 97, 125 kq çəki dərəcələrində sərbəst, 59, 66 və 71 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 142 güləşçi mübarizə aparıb.

 

Sərbəst güləş yarışlarında Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüb. Yunan-Roma güləşi yarışlarında isə, Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və çempionatın qızıl medalına sahib olub.

 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunur.

 

86 kq
FİNAL
Həmzət Osmanov - Aleksandr Qostiyev 1:1
Bürünc medal görüşü
İbrahim Yusubov - Pərviz Axundov 2:5
Əhməd Maqomayev - Maqomed Abdulxalikov

1/2 final
Həmzət Osmanov - Pərviz Axundov 4:1
Aleksandr Qostiyev - Maqomed Abdulxalikov 8:0

 

97 kq
FİNAL
Şərif Şərifov - Nurməhəmməd Hacıyev 4:3

 

Bürünc medal görüşü
Roman Bəkirov - Aslanbek Alborov 2:4
Ramil Usubov - Elcan Usubov 0:8

 

1/2 final
Aslanbek Alborov - Şərif Şərifov 0:1
Nurməhəmməd Hacıyev - Elcan Usubov 10:0

 

125 kq
FİNAL
Səid Həmidov - Cəmaləddin Məhəmmədov 0:3
Bürünc medal görüşü
Elmir Şirinov - Omar Omarov 0:11
Sənan Bağırov - Seyidrza Mussəvikani 0:11

 

1/2 final
Səid Həmidov - Omar Omarov 4:0
Cəmaləddin Məhəmmədov - Seyidrza Mussəvikani 6:0

 

59 kq
FİNAL
Murad Bazarov - Taleh Məmmədov 0:1
Bürünc medal görüşü
Səid Balabəyov - Xurşud Babaşov 2:2*
Kərim Cəfərov - Orxan Əhmədov 6:3

 

1/2 final
Xurşud Babaşov - Murad Bazarov 0:11
Orxan Əhmədov - Taleh Məmmədov 1:2

 

66 kq
FİNAL
Rövşən Tağıyev - Kamran Məmmədov 0:6
Bürünc medal görüşü
Kazbek Fətəliyev - Elman Muxtarov 2:10
İslambek Dadov - Azad Əliyev 6:7

 

1/2 final
Elman Muxtarov - Rövşən Tağıyev 2:5
Kamran Məmmədov - Azad Əliyev 6:0

 

71 kq
FİNAL
Həsən Əliyev - Cahid Nəcəfov 9:0
Bürünc medal görüşü
Azər Hüseynov - Xəyal Əliyev 0:8
Elnur Həsənov - Ruhin Mikayılov 1:3

 

1/2 final
Xəyal Əliyev - Həsən Əliyev 2:6
Ruhin Mikayılov - Elnur Nəcəfov 3:4


Digər xəbərlər

Xəbər xətti