Lui van Qaal yol üstdə, yeni baş məşqçi hazırdı

18:09 27 Dekabr 2015

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal istefaya göndərilə bilər. Sportarena.az xəbər verir ki, "Çelsi" ilə oyun hollandiyalı mütəxəssis üçün son şansdır.

 

Əgər "qırmızı şeytanlar" prinsipial görüşdə də xal itirsələr, 64 yaşlı çalışdırıcının işinə son veriləcək. Artıq yeni baş məşqçinin kimliyi də məlumdur.

 

Van Qaalın gözlənilən istefasından sonra sükan Rayan Giqzə həvalə olunacaq.


Digər xəbərlər

Xəbər xətti