"Fənərbaxça" ulduzunu itirdi

19:03 29 Dekabr 2015

"Fənərbaxça" ciddi itki ilə üzləşib. Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Dieqo Ribas zədələnərək sıradan çıxıb.

 

Braziliyalı futbolçu "Sivasspor"la superliqa matçında zədələnib. Əzələsini dartan Dieqo 29-cu dəqiqədə əvəzlənib. Onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Sivasspor" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Xəbər xətti