2015-ci ilin ən yaxşı 10 baş məşqçisi

22:17 4 Yanvar 2016

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin ən yaxşı 10 məşqçisini açıqlayıb.
Sportarena.az xəbər verir ki, ötən mövsüm "Barselona" klubu ilə 5 kubok qazanan Luis Enrike bütün həmkarlarını geridə qoyaraq 1-ci pillədə qərarlaşıb. “Bavariya” klubunun baş məşqçisi Xosep Qvardiola 2-ci, “Yuventus”un italiyalı mütəxəssisi Massimiliano Alleqri isə 3-cü pillədə qərarlaşıb. 

1. Luis Enrike ("Barselona") - 165 xal
2. Xosep Qvardiola ("Bavariya") – 86 xal
3. Massimiliano Alleqri ("Yuventus") – 43 xal
4. Unai Emeri ("Sevilya") – 39 xal
5. Marsello Qallardo (“River Pleyt”) - 33 xal
6. Karlo Ançelotti - (klubsuz) 19 xal
7. Dieqo Simeone ("Atletiko Madrid") - 12 xal
8. Diter Hekinq ("Volfsburq") - 6 xal
9. Loran Blan (PSJ) - 5 xal
10. Miron Markeviç ("Dnepr") - 4 xal


Digər xəbərlər

Xəbər xətti