Yığmamız 3 yoxlama görüşündə qüvvəsini sınayacaq

22:02 6 Yanvar 2016

Yanvarın 10-dan 17-dək Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək.
 
Sportarena.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamızın yanvarın 12-də “İnter”, 14-də “Sumqayıt” və 17-də isə “Neftçi” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. 

Artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da məlumdur.

Yığmaya dəvət alan futbolçular: Məmmədli Hafiz ("Xəzər Lənkəran"), Şahmalıyev Akşin ("Sumqayıt"), Muradov İsmayıl ("İnter"), Hüseynov Əsgər (AZAL), Rəhimov Elcan ("Kəpəz"), Məmmədov Nəbi ("Mil-Muğan"), Yunisov Elvin ("Sumqayıt"), Hüseynov Murad ("Zirə"), Əliyev Əli ("Xəzər Lənkəran"), Quluzadə Şahin ("Bakı"), Buludov Ömər ("Neftçi"), Məmmədxanov Murad ("Sumqayıt"), Tomarov Xəyal ("Neftçi"), Quliyev Akşin ("İnter"), Şükürlü Ümid ("Zirə"), Bayramlı Tural ("Zirə"), Ələkbərov Orxan (AZAL), Quliyev Emin ("İnter"), Əliyev Elçin ("Zirə"), İbrahimov Turqay ("Araz Naxçıvan"), İbrahimov Xalid ("Sumqayıt"), Bayramov Fuad (AZAL), Hümbətli Cavid (AZAL), Buludlu Vüsal ("Sumqayıt")


Digər xəbərlər

Xəbər xətti