İsrafilovun komandası belə məğlub oldu - VİDEO

01:50 8 Yanvar 2016

İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" klubu öz meydanında "Las Palmas"ı qəbul edib. Gərgin keçən matç İsrafilovun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 70 dəqiqə meydanda olan millimizin üzvü matçın 63-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 13-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti