Millimizin baş məşqçisi: "Bütün komponentlərdə bizdən üstün oynadılar"

23:33 8 Yanvar 2016

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Sloveniya U-19 - Azərbaycan U-17  oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov bunları deyib: 
“Rəqibi təbrik edirəm. Sloveniya yığması bu gün qələbəyə layiq idi. Bütün komponentlərdə bizdən üstün oynadılar. Səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanə etmək istəməzdim. Çünki buraya gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir davam edir. Növbəti oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm”.

 


Digər xəbərlər

Xəbər xətti