"İnter" Palasio ilə "nigah təzələdi"

01:08 9 Yanvar 2016

"İnter" Rodriqo Palasio ilə yeni müqavilə imzalayıb. 
Sportarena.az xəbər verir ki, 33 yaşlı futbolçuyla sövdələşmə 2017-ci ilə qədər nəzərdə tutulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xatırladaq ki, argentinalı forvard 2012-ci ildən "neradzurra"nın şərəfini qoruyur. Bu müddət ərzində Palasio İtaliya çempionatında 104 oyun keçirib, 37 qol vurub və 21 məhsuldar ötürmə edib.

 


Xəbər xətti