Erməni şahmatçı: "Mənim Azərbaycanla heç bir əlaqəm yoxdur"

21:37 9 Yanvar 2016

Bakıda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov Azərbaycana olan münasibətindən danışıb.
Sportarena.az xəbər verir ki, bu haqda şahmatçı Rusiya mətbuatına danışıb.

“Mən 1990-cı ilin yanvar ayında Bakını tərk etməli oldum. Həmişə demişəm ki, paytaxtı Moskva olan ölkədə doğulmuşam və SSRİ dağılandan sonra, paytaxtı Moskva olan ölkədə yaşamağa davam edirəm. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili həmişə əsas olub. Bizim ailədə müxtəlif millətlərin nümayəndələri var. Bakı digər respublikaların paytaxtından rus mədəniyyətinin təsirinin çox böyük olması ilə fərqlənirdi. Bu, ölkənin cənubunda yerləşən özünəməxsus imperiya “forpostu” idi. Baxmayaraq ki, mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdur və ola da bilməz”.


Digər xəbərlər

Xəbər xətti