Millimizin ən yaxşısı müəyyənləşdi

17:40 12 Yanvar 2016

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, turnirdəki son matçında Belarusla qarşılaşan U-17 yığmamızın ən yaxşı futbolçusu müəyyənləşib.

 

Millimizin heyətində gənc müdafiəçi Hüseyin Seyliqli ən yaxşı seçilib. Ona turnirin rəmzi forması təqdim olunub.

 

Qeyd edək ki, Belarusa 1:2 hesabı ilə uduzan Azərbaycan millisi turnirdə iştirak edən 14 komanda arasında 8-ci olub.


Xəbər xətti