Ronaldonun heykəlinin üstünə "Messi" yazdılar - FOTO

16:10 13 Yanvar 2016

Portuqaliyanın və "Realıin ulduzu Kriştianu Ronaldonun heykəlinə naməlum insanlar tərəfindən hücum edilib.

 

Sportarena.az xəbər verir ki, futbolçunun doğum yeri olan Madeyrada yerləşən heykəlin üstünə "Messi 10" yazılıb. Bələdiyyə işçiləri heykəli təmizləyərkən onun bəzi hissələrinin zərər gördüyünü açıqlayıblar.

 

Kriştianonun orada yaşayan bacısı baş verənlərdən kədərləndiyini və bunların utancverici olduğunu qeyd edib:

 

"Bu adada hələ də Suriyada yaşamağa layiq olan insan var. Suriyalı vətəndaşlar məni bağışlasın, amma dünya çox pis dağılıb".


Xəbər xətti