Boşanmağa hazırlaşan futbolçudan gözlənilməz addım

11:47 15 Yanvar 2016

6 illik həyat yoldaşı, futbolçu Caner Erkindən boşanmağa hazırlaşan Asena Erkinin dünənki paylaşımı çoxlarına maraqlı gəlib.

 

Sportarena.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında boşanmağa qərar verən Erkin cütlüyü İnstaqramda mehribanlıqları ilə seçilirlər.

 

Asena gecəyarısı oğulları Çınarın fotosunu paylaşaraq futbolçunun adını da əlavə edib. Caner isə cavabında zarafatla şərh yazıb.

 

Onların bu hərəkəti dostcasına ayrılmaq istədiklərini nümayiş etdirib.


Xəbər xətti