"Şahdağ" əvəzedicilərə biabırçı hesabla uduzdu

17:22 19 Yanvar 2016

"Sumqayıt"ın əsas komandası kimi əvəzedicilər də çempionatın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirir. Sportarena.az xəbər verir ki, Sumqayıtda "Kapital Bank Arena"da təlim-məşq toplanışını davam etdirən Rövşən Babayevin rəhbərlik etdiyi komanda növbəti yoxlama oyununu keçirib.

 

Bundan əvvəl, U-19 millimizlə heç-heçə edib, "Qaradağ Lökbatan"a məğlub olan əvəzedicilər bu dəfə Qusarın "Şahdağ" klubunu 6:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu oyunda komandanın üzvü Emil Həsənzadə het-trikə Şahin Əliyev isə dubla imza atıb. Digər qolu isə Bayram Nuruzadə vurub.


Digər xəbərlər

Xəbər xətti