Fransalı "Arsenal"dan gedir

22:58 19 Yanvar 2016

"Arsenal" Matye Debuşini "Aston Villa"ya buraxmaq qərarına gəlib.

Birmingem klubu fransalı müdafiəçini icarəyə götürmək üçün 1.6 milyon avro ödəyəcək. Debuşi AVRO-2016 öncəsi oyun praktikasını artırmaq ümidilə "Aston Villa"nın təklifini qəbul etdi. Matye həmyerlisi Arsen Venqerdən onu klubdan buraxmağı xahiş edib və razılıq alıb. 
Bu mövsüm "Arsenal"ın heyətində 144 dəqiqə meydana çıxan Debuşi heç nəylə yadda qalmayıb.


Digər xəbərlər

Xəbər xətti