"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi

10:40 20 Yanvar 2016

Əsas komanda kimi, “Kəpəz”in əvəzedici heyəti də mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir. Sportarena.az xəbər verir ki, Yevlax toplanışını başa vuran sözügedən komanda Gəncədə məşqlərə başlayıb.

Təlim-məşq toplanışı çərçivəsində Azər Məmmədovun yetirmələri ötən gün yoxlama oyunu da keçirib. Əvəzedicilər “Turan Tovuz”un qonağı olub. Görüşdə tərəflərin səyinə baxmayaraq hesab açılmayıb - 0:0.

Birinci divizion təmsilçisi ilə matçdan sonra komanda üzvlərinə bir günlük istirahət verilib. (klub saytı)


Xəbər xətti