"İnter"dən AZAL-a 4 cavabsız qol

15:41 20 Yanvar 2016

"İnter"in əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir. Sportarena.az xəbər verir ki, Rüstəm Əliyevin yetirmələri bu gün AZAL-ın ikinci heyətilə qarşılaşıblar.

 

"İnter Arena"da baş tutan oyun 4:0 hesabıyla “bankirlər”in xeyrinə başa çatıb. Komandanın qollarına Ramil Mansurov (2), Yuri Fomenko və Süleyman Əhmədov imza atıblar.

 

Qeyd edək ki, oyundan öncə komandalar 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Klubun üzvləri meydana qollarında qara sarğı ilə çıxıblar.


Digər xəbərlər

Xəbər xətti