Yığmamızın oyunlarının vaxtı açıqlandı

12:30 21 Yanvar 2016

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi “Antalya Cup” turnirinin püşkü atılıb. Sportarena.az xəbər verir ki, püşkatmadan sonra turnirin təqvimi müəyyənləşib.

 

Qeyd edək ki, turnirdə Azərbaycan, Ukrayna və Albaniyanın U-21, Bəhreynlə Səudiyyə Ərəbistanının U-20 komandaları çıxış edəcək.

 

22 yanvar

 

19:00. Azərbaycan U-21 – Ukrayna U-21

“Arkadia” otelinin “C” meydançası

 

24 yanvar

17:00. Azərbaycan U-21 – Səudiyyə Ərəbistanı U-20

“Arkadia” otelinin “C” meydançası

 

26 yanvar

13:00. Azərbaycan U-21 – Albaniya U-21

“Su Səsi” otelinin “A” meydançası

 

28 yanvar

13:00. Azərbaycan U-21 – Bəhreyn U-20

“Su Səsi” otelinin “A” meydançası


Xəbər xətti