"Milan"ın hücumçusu "Borussiya"nın radarında

19:12 21 Yanvar 2016

"Milan"ın hücumçusu Stefan Əl-Şaaravi karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Sportarena.az xəbər verir ki, 23 yaşlı forvard "Borussiya"nın maraq dairəsinə düşüb.

Dortmund təmsilçisi italiyalı futbolçunun transferi üçün 20 milyon avrosundan keçməyə hazırdır. Əl-Şaaravinin də bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, cari mövsümün ilk yarısını "Monako"da keçirən Əl-Şaaravi qışda müqavilə ilə məxsus olduğu "Milan"a qayıdıb. 


Xəbər xətti