Avropa Çempionatında və Çempionlar Liqasında yenilik

11:56 23 Yanvar 2016

Bu il Fransada keçiriləcək Avropa Çempionatında qolun avtomatik qeyd olunma sistemi işləyəcək. 
Sportarena.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrədə keçirilən iclasında qərar qəbul olunub.
 
Bu sistem 2016-2017 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində də tətbiq ediləcək.
 
Qolun avtomatik qeydə alınma sistemindən böyük uğurla İngiltərədə istifadə edilir.

Bu texnologiyanın sayəsində top qapı xəttini keçən zaman hakimin saatına siqnal gəlir.


Xəbər xətti