Ulduz futbolçu ata oldu - FOTO

00:31 26 Yanvar 2016

İngiltərə yığmasının və “Mançester Yunayted” klubunun kapitanı Ueyn Runi 3-cü dəfə ata olub. 

Sportarena.az xəbər verir ki, futbolçunun həyat yoldaşı Kolin Runi ötən gün oğlan uşağı dünyaya gətirib. Uşağın adını Cozef qoyublar. Futbolçunun özü bu barədə “Twitter”də yazıb:
“Bu gün mənin Cozef Runi adlı oğlum dünyaya gəlib. Biz sevincimizdən göyün yeddinci qatındayıq”. 
“Şrek” ləqəbli futbolçunun oğlu Liverpul şəhərinin doğum evində anadan olub. O, "İnstaqram" səhifəsində yeni doğulmuş Cozefin şəklini paylaşıb.


Digər xəbərlər

Xəbər xətti