AFFA jurnalistləri bir araya toplayır

15:23 27 Yanvar 2016

AFFA elektron idman KİV-lərinin nümayəndələri ilə görüş keçirəcək. Sportarena.az xəbər verir ki, dəyirmi masa yanvarın 28-də baş tutacaq.
 
Tədbirin təşkilatçısı olan AFFA ölkədə fəaliyyət göstərən idman təmayüllü saytların nümayəndələrini dəyirmi masaya dəvət edib.
 
Görüş “Boulevard Hotel Baku” otelində keçiriləcək. “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı tədbir saat 11:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti