Yunan-Roma güləşi üzrə millimiz hazırlığı başa vurur

17:53 27 Yanvar 2016

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Sportarena.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri yanvarın 18-dən təlim-məşq toplanışına başlayıb, məqşlər yanvarın 27-dək davam edəcək.

Yığma komandanın 27 üzvü məşqlərdə iştirak edir. Təlim-məşq toplanışının ardından pəhləvanlarımızın Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakı gözlənilir. (AGF)


Xəbər xətti