"Neftçi" veteran futbolçunu təbrik etdi

13:35 28 Yanvar 2016

“Neftçi”nin veteran futbolçusu, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun 60 yaşı tamam olub. Sportarena.az veteran futbolçunun yubiley mərasimində “Neftçi” rəhbərliyi, klubun digər rəsmiləri və futbol ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Yubilyarı “Neftçi” adından Müşahidə Şurasının sədri Çingiz Abdullayev təbrik edib.

 

Qeyd edək ki, Şakir Qəribov 1978-1984 və 1987-1988-ci illərdə komandamızın heyətində çıxış edib. Ümumilikdə 219 oyunda meydana çıxmış müdafiəçi 8 qolun müəllifidir.


Digər xəbərlər

Xəbər xətti