"İnter" yeni transferlərini qeydiyyatdan keçirdi

18:59 28 Yanvar 2016

"İnter" qış fasiləsi zamanı transfer etdiyi yeni futbolçularını Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Sportarena.az xəbər verir ki, paytaxt klubu 4 yeni futbolçu sifariş edib. Onlar aşağıdakılardır:

 

Vuqar Nadirov - 17
Sezar Meza Kolli - 23
Qara Qarayev - 9
Kamran Ağayev - 1

 

Bundan əlavə, "İnter"də bundan sonra Mirsahib Abbasov 17 yox, 77, Denis Silva Kruz isə 5 əvəzində 3 nömrəli futbolkada çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti