Rusiyanı millimizlə oyuna Pisarev çıxaracaq

11:38 29 Yanvar 2016

21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki,  Nikolay Pisarevlə "Avro-2017"nin seçmə mərhələsinin sonuna kimi müqavilə imzalanıb. O, bu müddətdə baş məşqçi olmaqla yanaşı, əvvəlki işində - millinin idman direktoru vəzifəsində də çalışacaq.

Qeyd edək ki, N.Pisarev dekabr ayında istefaya göndərilən Dmitri Xomuxanı əvəzləyib.

Əlavə edək ki, millimizin "Avro-2017"dəki rəqiblərindən biri də Rusiya millisidir. Bu komandalar arasında oyun martın 24-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti