"Qarabağ"dan ayrılan futbolçunun yeni klubu müəyyənləşdi - RƏSMİ

17:33 29 Yanvar 2016

“Qarabağ”dan ayrılan yarımmüdafiəçi Cumbinyonun Yunanıstanın "Atromitos" klubuna keçidi rəsmiləşib.

Sportarena.az xəbər verir ki, tibbi müayinədən keçən braziliyalı futbolçu klubla 6 aylıq müqavilə imzalayıb.

Lakin oyunu ilə komandanın baş məşqçisinin etimadını doğruldacağı təqdirdə müqavilənin müddəti daha 1 illiyinə uzadılacaq.

Qeyd edək ki, Cumbinyo 2013-cü ildən "Qarabağ"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti