Vaqif Cavadov iddialı danışdı: "Güclü olacağıq"

21:00 30 Yanvar 2016

“İlk oyunumuz olduğu üçün çətin oldu. Yaxşı qol imkanlarımız var idi amma şansımızı dəyərləndirə bilmədik. İnanıram ki, bu oyundan sonra daha da güclü olacağıq”.
Bu sözləri sportarena.az saytına açıqlamasında Premyer Liqanın XIX turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olan “Sumqayıt” klubunun yeni transferi Vaqif Cavadov deyib.

Futbolçuların inamlı oyun sərgilədiyini bildirən V.Cavadov:
“Birinci hissənin ilk 10 dəqiqəsini yaxşı oynamadıq. Amma sonradan qol epizodlarımız oldu. İkinci hissədə  yaxşı oynadıq amma bir səhv etdik və qapımızda top gördük.”


Digər xəbərlər

Xəbər xətti