"Fənərbaxça" 1/4 finalda

01:25 31 Yanvar 2016

Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, "Fənərbaxça" klubu öz meydanında "Kayserispor"u qəbul edib. Gərgin keçən matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə olunmuş ikinci 15 dəqiqədə meydana sonradan daxil olan brazilyalı futbolçu Dieqo komandasını növbəti mərhələyə aparan qolu vurub.


Digər xəbərlər

Xəbər xətti