"İnter" Baneqaya 3 milyon avro ödəyəcək

14:58 31 Yanvar 2016

"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa "İnter"ə keçməyə yaxındır.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu Milan klubu ilə şəxsi müqaviləni razılaşdırıb. Bu müqavilə yaydan qüvvəyə minəcək.
Qeyd edək ki, Baneqanın "İnter"də məvacibi 3 milyon avro olacaq. Bundan başqa sözləşmə imzaladığı üçün klub ona əvvəlcədən 2,5 milyon avro bonus da ödəyəcək.

 


Digər xəbərlər

Xəbər xətti