Ruslan Abışov: "Ağrısız futbol oynamaq üçün çox darıxmışam"

22:29 31 Yanvar 2016

"Qəbələ"nin futbolçusu Ruslan Abışovun Almaniyada müalicəsi yekunlaşıb. 29 yaslı müdafiəçi belindəki ağrılar üzündən komandanın Antalyadakı toplanışının ilk günlərində düşərgəni tərk etməli olub.
Sportarena.az xəbər verir ki, müalicə məqsədi ilə Münhenə yollanan Ruslan  son durumu haqda məlumat verib: “Onurğa sütunumda 3 yırtıq var. Ağrılar dizimə verirdi. Buna görə müalicə olunmağım qaçılmaz idi. Artıq 2 həftədir Münhendə bərpa prosesi keçirəm. Müalicəm yaxşı gedir. Yanvarın sonunda Bakıya qayıdıb təkrar müayinə olunacağam. Cavablar yaxşı olsa, maksimum 1 həftəyə komandanın hazırlığına qoşulacağam. Bu, ilk növbədə fiziki durumumla bağlı olacaq”.

Abışov komanda ilə qış hazırlığını keçə biməməsinin ona ciddi problem yaratmayacağına ümid edir: “Doğrudur, çox istəyirdim Antalya toplanışında iştirak edim. Ancaq zədəylə bağlı hazırlıqdan kənarda qalmalı oldum. Ağrısız futbol oynamaq üçün çox darıxmışam. Bu zədə məndə çoxdan var idi və oyunuma pis təsir edirdi. Artıq tam sağalıb komandama kömək etmək istəyirəm”. ("Qəbələ" İK qəzeti)


Digər xəbərlər

Xəbər xətti