Hüseynov liderlər sırasındadır

00:24 2 Fevral 2016

İranın Məşhəd şəhərində “Firdovsi Open” beynəlxalq şahmat turniri davam edir. Turnirdə ölkəmizlə yanaşı, Gürcüstan, Əfqanıstan, Ermənistan, Rusiya, Ukrayna, Niderland, Latviya, İran və İraqdan 178 zəka sahibi birincilik uğurunda mübarizə aparır. Azərbaycanı turnirdə Qədir Hüseynov, Azər Mirzəyev və Vüqar Rəsulov təmsil edirlər.
 
İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın dördüncü turu başa çatıb. Bu turda həmyerlilərimiz - Azər Mirzəyev və Qədir Hüseynov üz-üzə gəliblər. Qarşılaşma Qədir Hüseynovun xeyrinə başa çatıb. Vüqar Rəsulov isə Ermənistan təmsilçisi Karen Qriqoryanla heç-heçə edib.
 
Beləliklə, 4 turdan sonra Qədir Hüseynov aktivinə 4 xal yazaraq 1-6-cı yerləri bölüşdürür. Vüqar Rəsulov isə 3,5 xal toplayaraq ilk onluqda qərarlaşıb. Azər Mirzəyev isə 3 xal toplayaraq 15-ci pillənin sahibidir.


Digər xəbərlər

Xəbər xətti