PSJ-dən rekord nəticə

12:37 4 Fevral 2016

Dünən Fransa çempionatının XXIV turunda "Lorient" klubuna qalib gələn PSJ yeni rekord müəyyənləşdirib.

Sportarena.az xəbər verir ki, "Lorient" klubuna qalib gəlməklə PSJ məğlubiyyətsizlik seriyasını 33-ə çatdırıb (3:1).
Belə ki, daha öncə bu rekordu 32 oyun məğlub olmamaqla "Nants" klubu əldə etmişdi. 

Qeyd edək ki, PSJ Liqa 1-də ən yaxın rəqibi olan "Monako" klubunu 24 xal qabaqlayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti