PSJ "Çelsi" ilə oyuna ciddi itki ilə çıxa bilər

19:27 4 Fevral 2016

PSJ-nin aparıcı oyunçularından biri olan Marko Veratti "Çelsi" ilə Çempionlar Liqasındakı oyunu buraxa bilər.

Sportarena.az xəbər verir ki, futbolçunun zədəsinin nə zaman sağalacağı məlum deyil. Bu səbəbdən futbolçu PSJ-nin çempionatda "Loryan" klubuna qarşı keçirdiyi oyuna buraxılmamışdı.

Qeyd edək ki, futbolçu yaxın günlərdə növbəti dəfə tibbi müayinədən keçəcək və nə vaxt sıraya dönəcəyi bilinəcək.


Digər xəbərlər

Xəbər xətti