"Neftçi İK"nın yetirmələri 3 medal qazadı

23:14 5 Fevral 2016

Rusiyanın Ryazan şəhərində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Sportarena.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun yetirmələri də yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Yeniyetmə güləşçilərimiz turniri 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.
 
Pəhləvanlarımızdan Hüseyn Hüseynov (42 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Murad Abbasov (55 kq) gümüş medalla kifayətlənib. Digər güləşçimiz Ramin Zeynalov (58 kq) isə yarışı üçüncü pillədə tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti