120 milyonluq boks qarşılaşması baş tutacaq

18:34 6 Fevral 2016

Dubay milyaderlərindən biri Tayson Fyuri ilə Vladimir Kliçkonun yenidən üz-üzə gəlməsi üçün fantastik təklif irəli sürüb 

Sportarena.az xəbər verir ki, bu barədə Fyuri xəbər verib. Fyuri açıqlamasında revanş döyüşü üçün 120 milyon dollarlıq təklif aldığını bildirib: 

"Danışdığım şəxs döyüşün ona aid şəxsi yaxtada keçirilməsini istəyir. Onun sözlərinə görə yaxtada 120 nəfəri qonaq edə bilər. Bir biletin qiyməti isə 1 milyon dollar olacaq. Mənim bundan nə qədər qazanacağımı demədi. Ancaq onu bildirdi ki, qarşılaşma televiziya vasitəsi ilə canlı yayımlanmaycaq. Bundan başqa media işçiləri içəri buraxılmayacaq".


Xəbər xətti