İstanbulda dördüncü medal

15:50 7 Fevral 2016

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir davam edir.

Sportarena.az xəbər verir ki, turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandanın üzvləri ikinci yarış gününü 1 bürünc medalla başa vurub.

125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov yığma komandamıza növbəti medalı qazandıran idmançı olub.

Sərbəst güləşçilərimiz İstanbul turnirinin ilk yarış günündə isə 1 gümüş və 3 bürünc medal qazanıb.

Turnirin son günündə 65, 86 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti