"İnter Arena"da sürpriz qonaq - FOTO

17:38 7 Fevral 2016

Hal- hazırda davam edən "İnter" - "Qəbələ" matçına tanış sima təşrif buyurub.
Sportarena.az-ın "İnter Arena"da olan əməkdaşının verdiyi məlumata görə,"Qəbələ” İdman Klubunun üzvü, Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov da oyuna gələn qonaqlar arasındadır. 
Qeyd edək ki, dünən qanda təmsilçisi Badru Lusambia ilə qarşılaşan Fariz Məmmədov 8-ci raundda rəqibini nakauta salaraq WBCA və WBF versiyaları üzrə dünya çempionu tituluna sahib olub.


Xəbər xətti