Millimiz ikinci oyununda qələbə qazandı

22:17 7 Fevral 2016

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. 
Sportarena.az xəbər verir ki, Malta yığması ilə qarşılaşan komandamız Vüsalə Seyfəddinovanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmamız növbəti oyununu fevralın 9-da Lixtenşteyn komandasına qarşı keçirəcək.


Xəbər xətti