Millimiz 1/4 finalda

10:13 8 Fevral 2016

Çexiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, millimizin yer aldığı D qrupunun son matçı keçirilib.

Millimizin taleyini həll edən bu matçda İtaliya ilə Çexiya üz-üzə gəlib. İtalyanların qalib gələcəyi təqdirdə millimiz 1/4 finala yüksələcəkdi. Oyun İtaliya millisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticədən sonra millimiz 3 xalla qrup 2-cisi kimi 1/4 finala yüksəlib. 

Qeyd edək ki, ilk oyun İtaliya  ilə üz üzə gələn millimiz 0:3 hesabı ilə məğlub olmuşdu. İkinci oyunu Çexiyaya qarşı keçirən futzalçılarımız 6:5 hesabı ilə qalib gələrək 3 xalı aktivinə yazdırmışdı.


Digər xəbərlər

Xəbər xətti