Messi sabah əməliyyat olunacaq

00:52 9 Fevral 2016

"Barselona"nın argentinalı ulduzu Lionel Messi fevralın 9-da əməliyyat olunacaq. 
Sportarena.az xəbər verir ki, o, böyrək daşını ləğv etmək üçün cərrahi müdaxiləyə ehtiyac duyub. Bu problem ucbatından Messi dekabrda Klublarası dünya çempionatının yarımfinalında oynaya bilməmişdi. klubdan futbolçuya 2 günlük istirahət verilib. 
Qeyd edək ki, Messi "Valencia" ilə İspaniya kubokunun yarımfinalında baş tutacaq cavab qarşılaşmasında forma geyməyəcək.


Digər xəbərlər

Xəbər xətti