"Domjale"nin baş məşçqisi Samir Məsimovdan danışdı

21:05 10 Fevral 2016

Sloveniyanın "Domjale" klubunun baş məşqçisi Luka Elsner "Levski" ilə yoxlama görüşündə debüt edən komandanın yeni transferi Samir Məsimov haqda klubun rəsmi saytına danışıb.
 
"Oyundan sonra onu gördük ki, yeni oyunçularımızın sistemimizə uyğunlaşması bizi qane etmir. Mən xüsusən Alvaro Braçi, Samir Məsimov və Aksel Maravalı nəzərdə tuturam. Lakin videotəhlillərin köməkliyi ilə onların da mexanizmlərimiz və oyundakı avtomatik proseslər haqda biliklər əldə edəcəyinə inanıram. Bizim hələ çox vaxtımız var".


Digər xəbərlər

Xəbər xətti