Çinlilərin ulduz sevdası davam edir: hədəf "Çelsi"nin gənc ulduzu

23:53 10 Fevral 2016

"Çelsi" gənc futbolçusu Loik Remini Çin klubuna sata bilər.
Sportarena.az xəbər verir ki,  futbolçu  "Şanxay Şenhua" klubunun maraq dairəsinə düşüb. 

"Zadəganlar" isə 20 milyon avro qarşılığında Remini Çin təmsilçisinə satmağa razı olduğunu bildirib. Lakin 29 yaşlı futbolçu "Şanxay Şenhua" klubunda ilinə 9 milyon avro maaş almaq niyyətindədir. 

Artıq iki klub arasında razılıq əldə olunub ancaq futbolçunun qərarı dəqiqləşməyib.


Xəbər xətti