Almaniya kubokunda yarımfinal mərhələsinin püşkü atıldı

11:58 11 Fevral 2016

Almaniya kubokunda yarımfinalda qarşılaşacaq komandalar məlum olub.

Sportarena.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə yarımfinal mərhələsində "Bavariya" - "Verder" (Bremen), "Herta" - "Borussiya" (Dortmund) klubları qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları 19-20 aprel tarixində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti