"Barselona" "Trabzonspordan" 2 milyon avro tələb etdi

12:19 11 Fevral 2016

"Barselona" klubu Türkiyənin "Trabzonspor" klubundan 2 milyon avro tələb etdi.

Sportarena.az xəbər verir ki, "Trabzonspor" klubu yeni stadionun açılışı üçün "Barselona"nın Türkiyəyə gəlməsi üçün təklif göndərib. Lakin "Barselona" klubu Türkiyəyə gəlib açılışda iştirak etmək üçün "Trabzonspor"dan 2 milyon avro tələb edib.
Bu barədə açıqlama verən klub rəsmisi Əmrə Aksoy:
"Barselona" klubu açılış mərasimində iştirar etməsi üçün bizdən 2 milyon avro  istədi. Böyük komanda olduğundan belə məsələlərdə də pul qazanırsan. Bu barədə düşünürük", deyə bildirib.


Xəbər xətti