"Xəzər Lənkəran", "Qarabağ" və "Neftçi" Avropa nəhəngləri arasında - FOTO

13:58 11 Fevral 2016

Fevralın 8-9-da Fransanın paytaxtı Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) assambleyası keçirilib.

Sportarena.az xəbər verir ki, tədbirdə Azərbaycanı “Qarabağ”, “Neftçi” və “Xəzər Lənkəran” təmsil ediblər. Qurumun digər üzvü AZAL isə bu dəfə assambleyada iştirak etməyib.

Assambleyanı ECA-nın prezidenti Karl-Haynz Rummenige açaraq qurumun gördüyü işlərdən və gələcək faəliyyətindən danışıb. O qeyd edib ki, ECA FİFA prezidentliyinə seçkidə UEFA-nın baş katibi Canni İnfantinonun namizədliyini dəstəkləyir.

Mərasimdə Canni İnfantino özü də iştirak edib.

Assambleyada Çempionlar Liqasının və Avropa Liqasının formatı ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, ECA-da Avropanın nəhəng klubları təmsil olunur. UEFA özünün maddi dəstək verdiyi bu qurumun tövsiyəsi əsasında klublararası yarışlarla bağlı qərarlar verir.

Qurumda Azərbaycandan səsvermə hüququna malik yeganə klub (92 klub arasında) "Qarabağ"dır. "Neftçi", "Xəzər Lənkəran" və AZAL isə assosiastiv üzvlərdir. 

"Qarabağ"ı bu tədbirdə klubun baş meneceri Asif Əsgərov təmsil edib.


Digər xəbərlər

Xəbər xətti