Elxan Məmmədov “Yuventus”un Azərbaycandakı fan-klubunun vitse-prezidenti ilə görüşüb

22:09 11 Fevral 2016

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov İtaliyanın “Yuventus” klubunun Azərbaycanda fəaliyyət göstərən rəsmi fan-klubunun vitse-prezidenti Nicat Tağıyevlə görüşüb. Baş katib fan-klubun fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb, futbolun populyarlığında azarkeş hərəkatının vacib rolunu qeyd edib.

Nicat Tağıyev xoş sözlər üçün minnətdarlığını bildirib, fan-klubun yaradılması, İtaliyada qeydiyyatdan keçməsi prosesi barədə məlumat verib, gələcək planlar barədə danışıb.

Məlumat üçün bildirək ki, “Yuventus” klubunun Azərbaycanda fəaliyyət göstərən “I Gighiti Bianconeri” adlı rəsmi fan-klubu ilk tədbirini bu il yanvarın 24-də Bakıda keçirib və qurumun işə başlamasını ictimaiyyətə açıqlayıb.


Xəbər xətti