Şevçenko Ukrayna millisində çalışacaq

22:28 12 Fevral 2016

Futbol üzrə Ukrayna millisi, “Dinamo” (Kiyev), “Milan” və “Çelsi” klublarının sabiq forvardı Andrey Şevçenkonun yeni iş yeri bəlli olub.

Sportarena.az xəbər verir ki, Şevçenko bundan sonra Ukrayna millisinin məşqçilər düşərgəsində çalışacaq. Artıq 39 yaşlı hücumçu yığmada məşqçi kimi fəaliyyət göstərməsinə raziliq verib. Ulduz futbolçu Ukrayna millisində baş məşqçi Mixail Fomenkonun köməkçisi olacaq.

Belə ki, 2012-ci ildə futbolçu karyerası ilə vidalaşan Şevçenko 2014-cü ildə məşqçilik kurslarini bitirib. İdman mütəxəssislərinin fikrincə, məşqçi kimi çalışacaq Şevçenkonun ölkə tarixində ilk dəfə Avropa çempionatında təmsil olunacaq yığma komandaya böyük xeyri dəyəcək.


Digər xəbərlər

Xəbər xətti