"Neftçi" "ağ-yaşıllar"ın qarşısına ciddi itki ilə çıxacaq

15:34 13 Fevral 2016

Azərbaycan Premyer Liqasının XXI turunda "Bakcell Arena”da "Xəzər Lənkəran”ı qəbul edəcək "Neftçi” sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. 

Sportarena.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, ötən tur "Rəvan”la qarşılaşmada qırmızı vərəqə alan Jairo Rodrigez və sarı vərəqə limitini dolduran Ruslan Qurbanov cənub klubuna qarşı matçda iştirak etməyəcək. Bundan başqa "ağ qaralar” zədə səbəbindən Məqsəd İsayev və Məhəmməd Qurbanovun xidmətindən yararlana bilməyəcək. 

Qeyd edək ki, "Neftçi” – "Xəzər Lənkəran” oyunu 17:00-da başlayacaq. 


Xəbər xətti