Taekvondoçularımız Türkiyədə ilk günü 1 qızıl, 1 bürünc medalla başa vurdu

23:09 15 Fevral 2016

Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirinə start verilib. Kişilərdən ibarət yığma komandamızın qatıldığı beynəlxalq yarışın ilk günü komandamız uğura imza atıb.
Belə ki, ötən il yığma komandanın heyətində son dünya kubokuna sahib olan, -63 kq çəki dərəcəsində mübarizəyə qatılan Sina Bahrami rəqiblərinə şans verməyərək fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz Məmmədalı Quliyev (-58 kq) isə yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, turnir 3 gün davam edəcək.


Xəbər xətti